Bizə qoşulmağın üstünlükləri
- İşçilərinizi, filial və anbarlarınızı, məhsul və xidmətlərinizi, stoklarınızı, satış və ödənişlərinizi idarə edə biləcək virtual mağaza hesabı ilə təmin olunursunuz.
- Vebsayt vasitəsilə məhsul və xidmətlərinizin potensial alıcı kütləsinə tanıtdıra bilməyiniz üçün əla fürsət əldə edirsiniz.
- Müxtəlif növ gübrə, pestisid, toxum və tinglərin, eləcə də aqrotexniki xidmət, avadanlıq və maşınların mövcud qanunvericiliyin tələblərinə uyğun elektron ticarətini həyata keçirmək imkanı əldə edirsiniz.
- Alqı-satqı prosesinin iştirakçıları ilə vahid virtual məkanda birləşmək imkanı əldə edir, daha əlçatan və rahat alqı-satqı mühiti ilə təmin olunursunuz.
- Portalda aparılmış əməliyyatlara dair data əsaslı hesabatlar əldə edirsiniz.
Tez-tez verilən suallar
Sizi maraqlandıran sualların cavabını tapa bilərsiniz
TapAgro nədir?
TapAgro aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan platformadır.
Tapagroda hansı məhsulların satışı həyata keçirilir?
Platforma vasitəsilə müxtəlif növ toxum, ting, gübrə və pestisidlərin, eləcədə fermer məhsullarının, texnika, avadanlıq, aqrotexniki xidmət və damazlıq heyvanların elektron ticarəti həyata keçirilir.
Tapagroda onlayn mağaza açmaq üçün hara və necə müraciət etməliyəm?
Tapagroda onlayn mağaza açmaq üçün www.tapagro.az portalının " Bizə Qoşul " bölməsi vasitəsilə, həmçinin info@tapagro.az elektron poçt ünvanına yazmaqla və ya +99470 555 75 58 mobil nömrəsinə zəng etməklə müraciət edə bilərsiniz.
Tapagroda onlayn mağaza açmaq üçün tələb olunan sənədlər hansılardır?
Tapagroda onlayn mağaza açmaq üçün tələb olunan sənədlər aşağıdakılardır: 1.Vergi ödəyicisi olduğunuza dair şəhadətnamənin sürəti; 2. Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın sürəti; 3. Sahibkarlıq hesabınıza dair bank rekvizitlərinin sürəti; 4. Direktorun şəxsiyyət vəsiqəsinin sürəti.
Hələ də sualınız var?
Bizimlə əlaqə saxlamaqdan çəkinməyin
- +994 70 555 75 58
- Info@tapagro.az